TÜRK MƏDƏNİYYƏTİNDƏ TOLERANTLIQ ANLAYIŞI… Fərqli Baxış…II yazı

06/08/18 1:56

AMEA-nın  Fəlsəfə, və  Hüquq  İnstitutunun  Dinşünaslıq və mədəniyyətin  fəlsəfi                                                     problemləri şöbəsinin  kiçik  elmi  işçisi Zülfiyyə Novruzova

davamı

türk mədəniyyəti qədim dövr ile ilgili görsel sonucuİlgili resimtürk mədəniyyəti qədim dövr ile ilgili görsel sonucu

türk mədəniyyəti tarixi ile ilgili görsel sonucu

Ä°lgili resim

Göytürk dövlətini qəbiləvi dövlətlərdən ayıran başlıca xüsusiyyətlər bunlar idi:

Vilayeti ammə, xüsusi mülkiyyət, sərbəst işləmə, imtiyazsızlık, hökmdarlığın karizmatik olması, birləşdiricilik, əsgəri xarakter, dini tolerantlıq, cəmiyyət hüququnun olması. (15, 93-116)

Xəzərlər arasında da inanç hürriyyəti və tolerantlıq çox geniş şəkildə olmuşdur. Xəzərlər arasında göy tanrı dinindən başqa Xristianlıq, İudazm və İslam olduqca geniş yayılmışdı. Bütün bunlara baxmayaraq kimsə kimsənin dini işlərinə qarışmazdı. (16, 149-158)

Bu məlumatlar sübut edir ki, qədim türklərdə azad inanc və vicdan hürriyyəti daima mövcud olmuşdur.

Türk inanc fəlsəfəsi soy, dil və din baxımından insanları bir-birindən ayırmağa əlverişli deyildi. (17, 117-130)

Türklərin ən gözəl xüsusiyyətləri: soylu , mərhəmətli, tolerant, yardımsevər və qonaqpərvər olmalarıdır. (18, 503-553)

Qəhramanlıq, mərhəmətlilik, dosta sevgi, insanlarla xoş rəftar etmək kimi keyfiyyətlər türklərin qədim eposlarında “Kitabi Dədə Qorqud” və “ Koroğlu” kimi eposlarda da özünəməxsus yer tutur. Bu gözəl xüsusiyyətlər türk xalqlarının yaddaşından silinməmiş, hətta bu gün də öz gözəlliyini qoruyub saxlamışdır.

Böyük ərəb ədəbiyyatçısı və alimi əl-Cahiz türklər haqqındakı görüşlərini belə ifadə etmişdir:

Türklər elə bir millətdir ki, onlar yaltaqlanma, şirin sözlərlə aldatma, nifaq, süni davranma, dedi – qodu, riyakarlıq, təkəbbürlülük, pislik, intriqa, yalançılıq nədir bilməzlər. Hiyləgərliklə başqalarının malını əldə etməyi halal saymazlar. Onların tək qüsurları vardır ki bu xarakter onları başqalarından ayıran bir xüsusdur, o da vətənlərini çox sevmələridir. Türklər köçəri bir millət olduğundan getdikləri yerlərdə qarşılaşdıqları kültürlərlə dostluq şəraitində yaşamışlar, fanatik olmamışlar. Türklərin ilk yazılı əsəri olan orxan abidələrində türk bəylərinə xitabən söylənən “ millətə zəhmət verməyin, incitməyin” sözü səmimilik, rəhmlilik və tolerant baxışı ehtiva edən ifadələrdəndir. ( 19, 1)

Orta əsrlərdə bir çox təsəvvüf şairi olmuşdur ki , onlar öz səmimiliyi , xoşgörülüyü, dözümlülüyü tərənnüm edən şerləri və hikmətli sözləri ilə türk tolerantlıq mədəniyyətinə çox şeylər qazandırmışlar. Onların arasında Hacı Bektaş Vəli, Mövlana Cəlaləddin Rumi, Yunus Əmrə xüsusi yer tutur.

“Bir olalım, iri olalım, diri olalım” sözü ile güclü olmaq ve bunu saxlamaq üçün hər cür imkanın istifadə edilməsinin önəmini diqqətə çəkən Hacı Bektaş Vəlî’nin ən önəmli təsiri, İslamdan əvvəlki türk kültürüylə sonrakı türk kültürü arasında güçlü bir köprü yaratmasıdır. Anadoludan başlayıb Balkanlara qədər olan ərazidə Hacı Bektaş Vəlî düşüncə sistemi, Türk kültürünün yaşanmasında ve inkişafında önəmli rol oynamışdır. Bu təsirin nəticəsi olaraq Əhməd Yasəvi ilə birlikdə Bektaşi dərvişləri əhəmiyyətli rolları boyunlarına götürmüşdülər. Hacı Bektaş Vəlî’nin Türk kültürünün davamlılığını ve yaşamağını saxlayan tətbiqlərinin başında, Türkçəyə verdiyi önəm gəlməkdədir. Bektaşilik, Türkçəni ibadət dili olaraq istifadə etmiş; Türkçə şer adətini ortadan qaldırmadan davam etmişdir. Farsça ve Ərəbcənin hâkim olduğu bir dövrdə , Türkcəni ibadət dili olaraq istifadə etmələri kültür şüurunun ən önəmli göstəricisidir. Onların bu davranışları, Türkcənin inkişafına ve əbədiliyinə səbəb olmuşdur. Hacı Bektaş Vəlî ve onun şagirdləri Türk kültürünün və türkcənin davamlı ve güçlü bir şəkildə inkişafına təkan vermişdilər. (20)

Sivilizasiyalar beşiyi Anadoluda Ələvi ve Bektaşilik təriqətinə rəhbərlik eden Hacı Bektaş Vəlî “Heç bir milləti ve insanı ayıblamayın!” deyərək Anadolu’nun sosyal, siyasi, ekonomik, etnik ve dini məsələlərinə diqqət çəkərək, sevgi ve tolerantlıq kültürünün əsasını qoymuşdur. Ancaq müxtəlif mənşələrdən, dillərdən ve kültürlərdən gələn insanları bir olaraq görən bu anlayışı, Hacı Bektaş Vəlî de onüçüncü əsrdə, üstəlik insanların birbirinin qanını axıttığı bir dövrdə ən səmimi duyğularla dilə gətirmişdir. Dini qaydalara bağlılığı, mənəvi gücü, Əhl-i beyt sevgisi, güclü zəkâsı ve sarsılmaz inancı ilə Hacı Bektaş Vəlî, kütlələrə təsir etmiş ; bu gün də təsir etməkdədir. “Oturduğun yeri pak et, qazandığın lokmanı haqq et” deyərək təmizlik, düzgünlük, çalışmaq ve halal qazanc mövzusunda tövsiyyə edərkən; dağıdıcılığa, zulmə, istismara və tənbəlliyə

qarşı da fikirlərini ortaya qoymuşdur. Əgər danışacaksan, hikmət ile danış, ve oturacağın zaman, hörmət ilə otur!” sözləri ile cəmiyyətdə birlik ve bərabərliyin saxlanması, könüllərə sevgi aşılanması, insanların qardaş kimi yaşaması xüsuslarını dilə gətirərkən “Gəlin canlar bir olalım” deyərək könüllərdə taxt quran Hacı Bektaş Vəlî; dostluq, mehribanlıq, tolerantlıq nümunəsi göstərmişdir. (19, 176)

Hacı Bektaş Vəlî, Mövlana ve Yunus Əmrənin yaşadığı dövrdə Anadolunun sosyal ve siyasi görünüşü kimi mədəni quruluşu da qarışıq ve parça parçaydı. Anadoluda olan müxtəlif birliklərin müxtəlif dinləri, məzhəbləri, dilləri ve kültürləri də fərqliydi. Bu çeşidli kültürlərdən hər hansı biri digərini öz kültürü içinde əridəbilirdisə , Anadolu da onun olacaq idi . Hacı Bektaş Vəlî, Mövlana ve Yunus Əmrə Türk kültürünün qorunmasına ve nəsillərə köçürülməsinə böyük tohfələrini vermişlər. XIII əsrAnadolunun qarışıqlıq ve sıxıntılarla dolu bir dövründə Mövlananın tolerantlığını bu şəkildə söyləyə bilərik: Mövlana, insanları dinı inançlarına ve siyası düşüncələrinə görə ayrı ve fərqli görməməkdədir. Hərkəsə dini ilə ve düşüncəsi ile tolerant münasibət göstərməkdədir. Mövlana, tolerantlığı sadəcə bir dinin fərqli məzhəb ve grupları üçün düşünməmiş, fərqli dinlər üçün də düşünmüşdür. Çünkü, onun universal dinı anlayışı bütun insanlara çatmağı hədəf seçər. Ona aid məşhur dördlük, məzmun baxımından universal bir dinı anlayışıi ifadə edərkən, sözün özü də universal olmuşdur; “Gəl, gəl, hər ne olursan ol, gəl!

İnançsız da, bütpərəst də olsan, gəl!

Burası ümidsizlik dərgahı deyil,

Yüz kere pozsan da tövbəni, yenə gəl!

Beləcə bütün bəşəriyyət dini, rəngi, dili ne olursa olsun Mövlana’nın çagırdığı bu dərgaha dəvətlidir. Yaşamaq sevinclərini itirənlər , həyatdan küsənlər, tövbəsini pozanlar bu dərgahda yeni ümidlərə çata bilirlər. Mövlana bu dəvəti ilə , insan kütlələrini parçalayan, insan könüllərinin məqsədə çatmasını əngəlləyən bütün çətinliklərin qoparılmasını istəməkdə ve bütün insanlıgı ən

yaxşıya , ən dogruya, yeganə gerçəyə çagırmaqdadır. Mövlana’nın bu prinsipini universalizm adlandırmaq olar.

Mövlananın bu dini-fəlsəfi şerləri həm də insanı Allaha yaxınlaşdırır və bəşəriyyətə təlqin edir ki, dinindən irqindən asılı olmayaraq bütün insanları və müxtəlif yaranmışları sevmək lazımdır. Ona görə də Mövlana hər bir şeydə, bütün yaranmışlarda gözəlliyi vəsf edir. ( 20 , 80, 81)

Yunus Əmrənin humanizmi universaldır . Bu eyni zamanda onun fəlsəfəsini, fikirlərini ve verdiyi çox dəyərli mesajları başa düşmək ve onun böyük ədəbi ve əxlaqi şəxsiyyətindən yararlanmak üçün bir fürsəttir. O, bu düşüncələrini belə dilə gətirir:

“Ətə kəmiyə büründüm

Yunus deyə göründüm”

Yunus Əmrənin humanizminin digər bir xüsusiyyəti yaradıcıya qul olmaqdır . Bu da könülləri qırmamaqla mümkündür . İnsana göstərilən hörmət ve sevgi birbaşa Allah’a göstərilmiş sevgi demeəkdir. Bunu belə açıqlayır :

” Əlif oxuduq ötürü,

bazar eylədik götürü,

Yaradılmışı sevəriz,

Yaradandan ötürü

Yunus Əmrənin humanizmində könül qırmamaq, heçbir canlını incitməmək, könlün almaq , Nitşenin, Şopenhauerin insan anlayışı kimi təkəbbürlülük yox , dözümlü olmaq var. (21, 534)

Müşahidələr bir daha sübut edir ki, türk xalqının böyük tasavvuf şairləri də öz şerlərində xalqının səmimi tolerant mehriban xüsusiyyətlərini bir daha bariz şəkildə ortaya qoyur. Onların bu humanist baxışları təbii ki öz qaynaqlarını türk adətləri və İslam prinsiplərindən götürmüşdür. Qeyd etmək yerinə düşərdi ki, Türk kültüründəki tolerantlıq anlayışı Avropanın tolerantlıq anlayışından fərqlidir. Daha çox türk-İslam sintezindən bəhrələnən türk tolerantlıq anlayışı müxtəlif millətlərə və xalqlara qarşı səmimiyyəti, xoş qarşılamağı və mehribanlığı ifadə edirsə, Avropanın tolerantlıq anlayışı dinlərindəki məzhəblrarası müharibələrin

dayandırılmasını, insanların həlak olmasının qarşısının alınmasını ifadə edir. Əlbəttə ki, bu həm də xalqların mənəvi xarakterlərinin, xüsusiyyətlərinin, adət-ənənələrinin göstəricisidir. Sonda belə bir nəticəyə gəlmək olar ki, biz Azərbaycan xalqı da qədim türk sivilizasiyasının bir parçası olaraq öz tolerantlıq mədəniyyətimizlə digər xalqlara həmişə nümunə olmuşuq. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti öz tolerant, demokratik və humanist ideyalarıyla bütün dünyaya bir nümunə olmuşdur. Azərbaycan xalqı tarixən digər millətlərlə birgə dostluq şəraitində yaşamışlar, onlara qarşı tolerant, humanist münasibətləriylə fərqlənmişlər. Təbii ki, hər bir xalq öz soykökünə çox bağlıdır. Bu gün həm dövlətimiz, həm millətimiz öz tarixinə söykənərək öz milli adət-ənənələrini daha da yüksəklərə qaldıraraq dünyaya tolerantlıq və humanistlik nümayiş etdirirlər.

Transqafqaz.com