Türk Silahlı Qüvvələrindən Əl Bab açıqlaması

23/12/16 10:16

“Fərat Qalxanı” Hərəkatı çərçivəsində keçirilən hava əməliyyatında, DEAŞIN Əl Babdaki qərargah binası məhv edilib, aralarında təşkilatın yüksək səviyyəli rəhbərlərinin də olduğu 18 terrorçu zərərsizləşdirilib

TSK'dan son dakika El Bab açıklaması

Baş qərargah Rəhbərliyindən “Fərat Qalxanı” əməliyyatına dair məlumatlandırma aparılıb.

Buna görə, Azad Suriya Ordusu tərəfindən mühasirə edilən Əl Babda, aralarında rəhbər şəxslərin də olduğu terror təşkilatı DEAŞ qrupunun toplantı keçirdiyi barədə kəşfiyyat məlumatının alınması üzərində, Hava Qüvvələri Komandanğı tərəfindən hava hərəkatı təşkil olunub.

Nəticədə, iclas keçirilən qərargah binası məhv edilərək 18 terrorçu zərərsizləşdirilib. Vəzifələrini uğurla həyata keçirən təyyarələr, bazalarına qayıdıb.

Sözügedən hava hərəkatının ardından, DEAŞ nümayəndələrinin böyük itkilər verdiyi, çox sayda ölü və yaralı olduğu, terrorçular arasındakı telsiz danışıqlarda öz əksini tapıb.