“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gələn ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək və Türkmənistan tamhüquqlu üzv olacaq”.
“Report”un xəbərinə görə, bunu AKP sədrinin müavini Binəli Yıldırım deyib.
Onun sözlərinə görə, bununla da 6 dövlət qurumun tamhüquqlu üzvünə çevriləcək: “Bundan əlavə, təşkilatın adı da dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olacaq. Quruma Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan tam üzv olacaq”.
Transqafqaz.com