Türk tankları İdlib şəhərinə girdi – Xalq onları alqışlarla qarşıladı – VİDEO

13/10/17 8:10
Qazaxıstanın paytaxtı Astanada Türkiyə, Rusiya və İranın əldə etdiyi razılıq nəticəsində bufer zona elan edilən Suriyanın İdlib şəhərinə Türk ordusunun tankları daxil olub.
Hərbi əməliyyatların məqsədi şəhərdə yaşayan 3 milyon insanın təhlükəsizliyini təmin etmək və terrorçulardan təmizlənən əraziləri daha da genişləndirməkdir.
Belə ki, PKK terror tşkilatının Suriya qanadı olan PYD-nin işğalı altındakı Afrin şəhərinə yaxın Atme bölgəsindən Türkiyə hərbçilərini daşıyan avtomobillər, tanklar İdlibə girib.
İdlib əhalisi Türk əsgərlərini alqışlarla qarşılayıblar.
Əsgərlər şəhərə girməzdən əvvəl “Fırtına” topları ilə atəşə tutulub.

Transqafqaz.com