“Türk xalqının milli ruhu olduqca bu dövləti heç bir güc bölə bilməyəcəkdir”

17/07/17 6:50

Paris Universiteti Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin Mədəni Diplomatiya departamentinin rəhbəri, professor  Naciyə Selin Şenocak 15 iyul çevriliş cəhdinin birinci ildönümünü Eurasia Diary üçün dəyərləndirib.

15 iyul 2016 qanlı dövlət çevriliş cəhdində Türk Milləti vətənpərvərlik ruhunu itirmədiyini, Türkiyəyə qarşı xainlik edəcək, Türkiyəni bölməyə çalışacaq hər cür təhdid və təhlükə qarşısında döyüşəcəyini, Türkiyənin müstəqil bütövlüyünü qorumaq üçün canını fəda edəcəyini bütün dünyaya göstərdi.

15 iyul dövlət çevriliş cəhdi xarici dəstəkli terror təşkilatı  FETÖ (Fətullahçı terror təşkilatı)  tərəfindən Türkiyə Respublikasının milli bütövlüyünü və Türkiyə Respublikasını hədəf almışdır. FETÖ 40 ildir Türkiyənin bütün qurumlarında hiyləgərcəsinə kök salmış və Türkiyəni bölüb xarici qüvvələrin  istəyinə bağlı  yeni bir dövlət quruluşu yaratmaq üçün minlərcə vətən xaini yetişdirib.


Hər fürsətdə Türkiyəyə demokratiya və insan hüquqları dərsi verməyə çalışan ABŞ və Avropa İttifaqi (Aİ), Türk xalqının dünyaya örnək bu demokratiya müharibəsini, milli mübarizəsini təqdir eləmək yerinə Türkiyə və prezident Ərdoğan əleyhinə qara təbliğat eləməyi üstün tutdular. Bunun bərabərində Türkiyədən qaçan FETÖ mənsubu terroristlərə sığınma haqqı verib qoruyaraq  dövlət çevrilişi cəhdində və  FETÖ-nun qurulmasında aktiv rol oynadıqlarını göstərdilər.

FETÖ ilə mübarizə hələ bitməmişdir və çox yönlü olmalıdır.

Türkiyədəki FETÖnun siyasi establişmentində aktiv rol oynayan siyasətçilər və mətbuatda illərcə onlara köşələrində “açıq məktublarla” səslənib xidmət edən və hələ də televiziyada utanmadan demaqoqluq eləməyə davam edən jurnalistlər- “içəridəki xain kontingent” mühakimə edilməlidir.

Türkiyənin FETÖ üzvlərinin geri qaytarılması mövzusunda xüsusilə beynəlxalq hüquqi mübarizəsində çox qərarlı addımlar atması lazımdır.

ABŞ, terrorist başı  Fətullah Güləni və Aİ ölkələri, FETÖ mənsubu terroristləri Türkiyəyə geri qaytarmadıqca terroru bəsləyən və qoruyan ölkələr mövqeyinə girəcəkdirlər. Bu mövzuda Türkiyənin xüsusilə də beynəlxalq dəstək alması lazımdır. Türkiyənin strateji üzv  ölkə olduğu və sözdə beynəlxalq terrorizmlə mübarizə apardığını iddia edən NATO ölkələri tərəfindən qorunan FETÖ və PKK’lı terroristlər mövzusunda Türkiyənin NATO-ya ultimatum verməsi lazımdır. Mövcud vəziyyət NATO-nun qurulma məqsədlərinə və NATO razılaşmasının  5 –ci maddəsinə zidd bir vəziyyətdir. NATO-nun 5-ci maddəsinə görə, NATO, bir hücum və hücum təhdidinə qarşı üzvlərini qorumağa və bu məqsədlə, bir üzvünə ediləcək hücumun bütün üzvlərinə edilmiş sayılacağı qanunu üstündə qurulan bir təşkilatdır.  Ayrıca, mövcud  vəziyyət həm BMT Təhlükəsizlik Şurasının həm də NATO-nun terrorizmlə mübarizə qərarlarının da pozulmasıdır.

BMT Baş Assembleyasının “terrorizmlə mübarizə” Beynəlxalq Terrorizmin Məhv Edilməsinə Yönəlmiş Tədbirlər (Measures to Eliminate İnternational Terrorism) Qərarı (49/60) 9 dekabr 1994 tarixində qəbul edilmiş və 17 dekabr 1996 tarixli 51/210 nömrəli qərarla gücləndirilmişdir. Buna görə:

“Terror aktlarının heç bir halda, siyasi, fəlsəfi, ideoloji, irqi, etnik, dini və ya oxşar formada olan başqa heç bir səbəblə haqlı göstərilməyəcək“ aktlar  olduğunu vurğulayıb “heç bir dövlətin başqa dövlətin torpaqlarında terror aktlarını təşkilatlandırılmasının və kömək edilməsinin ya da qatılmasının qəbul edilməyəcəyini”  və bununla bərabər, “heç bir dövlətin öz torpaqlarının və təsislərinin başqa ölkələrə qarşı terror aktlarında istifadə edilməsinə, təşkilatlanmasına,  maddi dəstək verilməsinə, cəsarətləndirilməsinə və ya tolerantlıq göstərilməsinə icazə verməyəcəyini” bəyan etmişdir.

Dünya ictimaiyyəti 15 iyul dövlət çevriliş cəhdindən Qərb mediasının yaratdığı qara propoqanda və qara piar çərçivəsində xəbərdar olub, hadisələrin iç üzünü bilmir. Bu mövzuda Türkiyənin beynəlxalq platformalarda aktiv bir “ictimai diplomatiya” yaradıb Türkiyənin damarlarına qədər zəhər kimi sızan bu xainlərin həqiqi əməlləri izah edilərək səhv bilgiləndirmələrləmübarizəsini davam etdirməsi lazımdır.

Xaricdə qorunan və hələ də fəaliyyət göstərən FETÖ mənsubları o dövlətlər üçün də İŞID kimi bir təhdid olduğunun və ortaq mübarizə aparılmasının lazımlılığını diplomatik əlaqələr çərçivəsində nəzərdən keçirilməsi lazımdır.

Türk xalqı prezident Rəcəb Tayyib Ərdoğanın cəsur duruşu ilə 15 iyul 2016 tarixində təqdirə layiq, qürurverici demokratiya mübarizəsi vermişdir. Türk xalqının milli ruhu olduqca bu dövləti heç bir güc bölə bilməyəcəkdir.

Könül Hacıyeva