Türkiyə-Azərbaycan Şəhid Övladları Çankaya Köşkündə Görüşdü…

21/03/18 9:07

Baş Nazir Binəli İldırım, “Həm Azərbaycanlı şəhid yaxınları, həm də Türkiyədəki şəhid yaxınlarının daha çox bir araya gəlməsi, birləşməsi, bir-birimizi daha yaxından tanımağınız vacibdır. Bunun üçün də əldən nə gəlirsə nə lazımdırsa edəcəyik”. Deiyb.
Baş nazir Binəlı İldırım, “Şəhidlərimizin əmanətlərinə gözümüz kimi baxma mükəlləfiyyətimiz var.
İldırım, Çankaya Köşkündə, Türkiyə-Azərbaycan Şəhid Uşaqları Qucaqlaşır Layihəsi çərçivəsində Azərbaycan nümayəndə heyətini qəbul edib.
Baş nazir İldırım, canları bahasına böyük qəhrəmanlıq göstərərək vətən üçün həyatlarını sevə-sevə verən şəhidlərin xatirələrini yaşatmaq ən ülvi vəzifələrindən biri olduğunu bildirib.
Türkiyə və Azərbaycanın həmişə, yaxşı gündə, çətin gündə bir-birinə dəstək verən iki ölkə olduğunu vurğulayan İldırım, “Azərbaycan Türkiyə münasibətlərində qardaşlıq var, iki dövlət, tək millət anlayışı var. Bu proqramla bərabər həmrəylik və əməkdaşlığımızın daha da güclənəcəyinə ürəkdən inanıram. Türkiyə hər zaman Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişdir, buna əhəmiyyət vermişdir. Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həll edilməsi üçün Türkiyə olaraq əlimizdən gələn dəstəyi vermişik, verməyə davam edirik. Erməni işğalının tam sona çatdırılması, Azərbaycanın işğal altındakı torpaqlarının təkrar Azərbaycana qayıtması, buradan gedən köçkünlərin, qaçqınların yerlərinə yerləşməsi mütləq haqq və ədalətin təcəllisi üçün şərtdir”. deyib.
İıldırım, 25 ildən artıq bir müddətdir ki, Azərbaycan torpaqlarının hüquqsuz olaraq işğal altında olduğuna və bunun artıq qəbul etməyəcəyinə diqqəti çəkdi.

Azərbaycanlıların Afrin əməliyyatında Türkiyənin yanında yer aldığı kimi Türkiyə və Türk millətinin də haqlı davasında hər zaman Azərbaycanın yanında olduğunu bildirən İldırım, “Afrində qəhrəman silahlı qüvvələrimiz, təhlükəsizlik qüvvələrimiz sanki bir dastan yazdı. Türkiyə Cümhuriyyətinin başına bəla olan terror təşkilatını oradan çıxarıb atdı, təmizlədi. İndi oraya Ərəb, Kürd və Türkmən qardaşlarımız rahat gəlib yerləşəcəklər”. Dedi.
Azərbaycan küçələrində insanların “Biz də Afrine gəlmək istəyirik, Türk qardaşlarımızla birlikdə vuruşmaq, mübarizə aparmaq istəyirik” dediklərini söyləyən İldırım, Türkiyənin Bakıdakı Səfirliyinə Afrinə əməliyyata getmək üçün müraciət edənlərin olduğunu bildirib.
Səfərləri zamanı Dağlıq Qarabağ Qazisi Kamil Musəvi ilə də görüşdüyünü xatırladan İldırım, “Bir gözünü və ayağını itirmiş qazımız o görüşdə bizə Afrine getmək istədiyini söylədi. Niyə getmək istədiyini soruşduqda, “İnsan gözsüz, ayaqsız yaşaya bilər, amma vətən yox” deyib.

Transqafqaz.com