Türkiyə diplomatının qatili məhv edildi

31/12/23 10:17



İraqın şimalında Türkiyə Silahlı Qüvvələri və Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə keçirdiyi hava əməliyyatı nəticəsində türk diplomat Osman Kösenin qətlinin iştirakçısı, terrorçu Küdistan Fəhlə Partiyasının üzvü Cəmil Akar (kod adı Rənas Derik) zərərsizləşdirilib. Bu barədə “TRT Haber” məlumat yayıb.

Cəmil Akar PKK/KSK xüsusi təyinatlılarının tərkibində fəaliyyət göstərib.

Türkiyəli diplomat Osman Köse 2019-cu ilin iyulunda İraqın şimalındakı Ərbil şəhərində törədilən terror aktı nəticəsində dünyasını dəyişib.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir