Türkiyə Mətbuatı cəbhədəki vəziyyətdən yazır…

26/02/17 12:35

Ermənistan-Azərbaycan cəbhə xəttində şiddətli toqquşma!
Ermənistan ordusunun gecə saatlarında bütün cəbhə boyu Azərbaycan mövqelərinə hücum təşkil etdiyi bildirilib
Ermənistan – Azərbaycan cəbhə xəttində Azərbaycan ordusunda can itkilərinin baş verən şiddətli toqquşmalar baş verib.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan ordusu gecə saatlarında bütün cəbhə boyu Azərbaycan mövqelərinə hücum təşkil edib.
Cəbhə xəttinin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirmək istəyən Ermənistan ordusu ilə Azərbaycan ordusu arasında şiddətli toqquşmada təcavüzün Azərbaycan əsgərləri tərəfindən qarşısının alındığı, Ermənistan ordusunun geri çəkilmək məcburiyyətində qaldığı bildirildi.

Münaqişədə Azərbaycan ordusunda can itkilərinin olduğunu bildirən Nazirlik, şəhid sayı barədə məlumat verməyib.

İrəliləmə qeyd etməyən Ermənistan ordusu Azərbaycan mövqelərini ağır top atəşinə tutduğu, Azərbaycan ordusunun da cavab verdiyi qeyd olunub.

Bundan başqa, cəbhə xəttində Talış kəndi istiqamətində Azərbaycan mövqeləri üzərində kəşfiyyat uçuşu edən Ermənistana aid insansız hava vasitəsinin da vurularaq saldığı qeyd olunub.

Transqafqaz.com

Mirvari Rza