Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Hərbi Əməkdaşlığı

24/08/23 8:40

Ankara, Ər-Riyad və İslamabad müdafiə sahəsində əməkdaşlığı müzakirə edirlər

Ər-Riyadda Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Üçtərəfli Müdafiə Komitəsinin ilk iclası baş tutub.

Bu barədə cümə axşamı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Türkiyə Milli Müdafiə nazirinin müavini Celal Sami Tüfekçi, Səudiyyə Ərəbistanı Müdafiə nazirinin müavini Talal bin Abdullah bin Turki əl-Uteibi və Pakistan Silahlı Qüvvələrinin generalı Məhəmməd Səid iştirak ediblər.

Məmmədli Ömər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir