Türkiyə Prezidenti R.T.Ərdoğan Misirdə əs-Sisi ilə görüşüb

14/02/24 7:01



Misirin paytaxtı Qahirədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Türkiyə dövlətinin başçısını Əl-İttihadiya prezident sarayında qarşılayıb.

Türkiyə liderinin gəlişi şərəfinə artilleriya atəşi açılıb.

Türkiyə və Misirin dövlət himnləri səsləndirilib.  Prezidentlər fəxri qarovul dəstəsinin ətrafından keçdilər.

Liderlər iki ölkənin nümayəndə heyətlərinin üzvlərini təqdim ediblər, daha sonra geniş tərkibdə danışıqlar başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir