Türkiyə prezidentinin mətbuat açıqlaması

13/06/23 8:19

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra mətbuata açıqlamasından parçalar:

🔹Türkiyə-Azərbaycan qardaşlığına bütün dünyada həsədlə baxılır. Bunun son nümunəsini Türkiyədə baş verən zəlzələ zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizə şərik oldu və dərhal zəlzələ bölgəsinə qatar göndərdi. Ürəyi bizimlə həmrəy olaraq döyünən bütün Azərbaycan vətəndaşlarına öz adımdan və xalqım adından bir daha təşəkkür etmək istəyirəm.

🔹Şuşa bəyannaməsi sayəsində müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrimizi bütün sahələrdə inkişaf etdirmək əzmindəyik.

🔹Biz istənilən vaxt Şuşada Baş Konsulluğumuzu açmağa hazırıq. Əgər bizim Şuşadakı Baş Konsulluğumuz istənilən vaxt yubanmadan açıla bilərsə, bu, təbii ki, Ermənistan da daxil olmaqla, yenidən bütün dünyaya ayrıca mesaj olacaq.

Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Biz indiyədək “Bir millət-iki dövlət” ümumi anlayışı ilə birgə addımlamışıq və bu yolu qətiyyətlə davam etdirəcəyik.

Müdafiə sənayesi sahəsində atılacaq addımlar böyük əhəmiyyət kəsb edir. Müdafiə sənayesində atılacaq addımlarla yanaşı, bu sahədə maarifləndirmə də vacibdir. Bu sahədə biz müəyyən çətinliklərlə üzləşirik. İndiyə qədər etdiyimiz kimi, bu problemləri həll etməyə davam edəcəyik.

🔹Biz Şuşa Bəyannaməsinin müddəalarını bundan sonra da uğurla həyata keçirmək əzmindəyik və bu məsələdə heç bir güzəştə getməyəcəyik.

🔹Zəngəzur dəhlizi məsələsinin həlli bizə iki mühüm imkan verəcək. Həm avtomobil, həm də dəmir yollarının çəkilişi sayəsində Türkiyə ilə Naxçıvan arasında əlaqə daha da möhkəmlənəcək. Bu əlaqələr Türkiyə ilə Azərbaycan arasında əlaqələri gücləndirəcək.

🔹Özəl sektoru təmsil edən şirkətlərimiz kənd təsərrüfatı və heyvandarlıq sahəsində birgə fəaliyyətlərini uğurla davam etdirirlər. Bundan əlavə, Türkiyənin podratçı şirkətləri Azərbaycanda nəqliyyat və infrastruktur sektorlarında uğurla fəaliyyət göstərirlər. Bu, bizi xüsusilə sevindirir.

🔹Azərbaycanın xüsusi münasibət bəslədiyi mühüm məsələlərdən biri də yolların tikintisidir. Əvvəlki səfərim zamanı işğaldan azad edilmiş ərazilərdə tunellərin, körpülərin, viyadüklərin sürətlə tikintisini müşahidə etmişəm. Bu, Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrindən sonra necə sürətlə inkişaf etdiyini açıq şəkildə göstərir. Bunu görəndə biz qürur hissi keçiririk.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir