Türkiyə Somali ərazi sularına nəzarət edəcək

24/02/24 7:36

🇹🇷🤝🇸🇴 Somali Türkiyə ilə müdafiə sahəsində əməkdaşlıq sazişini ratifikasiya edib

Somali Nazirlər Kabineti Türkiyə ilə imzalanan 10 illik müdafiə sahəsində əməkdaşlıq müqaviləsini təsdiqləyib.  Bu barədə Somalinin informasiya naziri Davud Aveys məlumat verib.

Müqaviləyə əsasən, Türkiyə 10 il müddətinə Somali ərazi suları üzərində “tam səlahiyyət” əldə edib.  Somalinin EEZ resurslarının 30%-i Türkiyə tərəfindən Somali Dəniz Qüvvələrinin yenidən qurulmasına və qeyri-qanuni balıq ovu ilə mübarizəyə dəstək üçün istifadə olunacaq.

  Somali hökumətinin nümayəndələri sazişi “tarixi addım” hesab edirlər.

Somalinin baş naziri Həmzə Abdi Barre, “Bu razılaşma terrorizm, dəniz quldurları, qeyri-qanuni balıq ovu, zəhərlənmə, sui-istifadə və xaricdən gələn təhdid qorxularına son qoyacaq” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir