Türkiyə və Ermənistan yaxınlaşmağa başlayır

14/12/21 10:05

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Ankara və İrəvan münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün xüsusi nümayəndələr təyin edəcəklər. Xarici siyasət idarəsinin rəhbəri bunu ölkə parlamentindəki çıxışında deyib.

“Biz yalnız Azərbaycanla münasibətlərin normallaşması üçün bütün addımları atacağıq”, – Türkiyənin xarici işlər naziri bildirib.

Çavuşoğlu İstanbul və İrəvan arasında çarter reyslərinin bərpa olunduğunu da açıqlayıb.