Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 29 terrorçunu zərərsizləşdirib

11/02/22 3:19

ANKARA

Yaraqlılar “Fərat Qalxanı” və “Sülh mənbəyi” əməliyyatlarının keçirildiyi bölgələrə hücum etməyə cəhd ediblər.

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 29 YPG terrorçusunu (PKK-nın Suriya qanadı) zərərsizləşdirib.

Bu barədə cümə günü, fevralın 11-də Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İdarədən bildirilib ki, “Fərat Qalxanı” əməliyyat zonası ərazisinə hücum təşkil etməyə cəhd edən 28 terrorçu və “Sülh çeşməsi” əməliyyatı aparılan ərazilərə atəş açan 1 silahlı zərərsizləşdirilib.

Müdafiə Nazirliyi Türkiyənin milli təhlükəsizliyinə təhdidlərin tamamilə aradan qaldırılması üçün terrorizmlə daha da mübarizə aparmaq əzmini vurğulayıb.

PKK terrorçuları sabitliyi pozmaq, Türkiyəni parçalamaq üçün qanlı hücumlar həyata keçirirlər.

Prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl demişdi ki, PKK yaraqlılarının Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən bu yana 2020-ci ilin mart ayına qədər Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs bu qanlı təşkilatın əli ilə həlak olub.

ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.

Ankaranın vəziyyəti həll etmək üçün yollar tapmaq cəhdlərinə baxmayaraq, PKK terror təşkilatı 2015-ci ilin iyulundan yenidən silahlı hücumlara başlayıb.

Son illər PKK bölgədəki qanlı cinayətlərə görə məsuliyyəti öz “filialları”  PYD və YPG yükləməyə çalışır.

Suriyada PKK terrorçuları, PYD və YPG adları ilə ört-basdır edirlər və son iki ildə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar.

İranda PKK Kürdüstan Azad Həyat Partiyası (PJAK) kimi fəaliyyət göstərir.

Transqafqaz.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir