Türkiyədə 208 meşə yanğından 196 -sı lokallaşdırılıb

06/08/21 5:03

Türkiyə, 28 İyul – 6 Avqust tarixlərində meydana gələn 208 meşə yanğından 196-nı lokallaşdırdı. Bu barədə Türkiyə Meşəçilik Baş İdarəsinin Twitter səhifəsində məlumat verilib.

“09.45 tarixindən etibarən, dövlətin bütün mövcud imkanlarının səfərbər edilməsi sayəsində, 28 İyuldan 6 Avqusta qədər davam edən 208 yanğından 196 -sı Türkiyədə nəzarət altına alındı”, – deyə məlumatda bildirilir.

Bu ərəfədə ölkənin Kənd Təsərrüfatı və Meşə Naziri Bəkir Pakdemirli təbii fəlakətlə mübarizəyə 16 təyyarə, 56 helikopter, 850 çiləyici və su tankerinin cəlb edildiyini söylədi.

Transqafqaz.com