Türkiyədə bir sıra ərzaq məhsullarının ƏDV dərəcəsi 1%-ə endirilib

13/02/22 11:43

ANKARA. 13.02.2022

Prezident Rəcəb Tayyib Ərdoğan qərarı açıqlayıb

Türkiyədə bir sıra zəruri ərzaq məhsulları üzrə ƏDV dərəcəsi 8 faizdən 1 faizə endirilib. Qərar şənbə günü prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlanıb.

Türkiyə iqtisadiyyatına dəstək üçün yeni tədbirlər paketi mövzusunda videokonfrans vasitəsilə iclas iştirakçılarına müraciət edən prezident yüksək inflyasiya ilə mübarizənin vacibliyini vurğulayıb, yeni qərarın imzalandığını bildirib.

“Dünya bazarlarında ərzaq məhsullarının bahalaşması fonunda bir çox ölkələrdə inflyasiya artır. Türkiyə də bu tendensiyanın təsirini hiss edir. Əvvəllər biz milli valyutanın sabitləşməsi istiqamətində uğurlu addımlar atdıq. Bu gün mən bir sıra zəruri ərzaq məhsulları üzrə əlavə dəyər vergisinin dərəcəsinin 8 faizdən 1 faizə endirilməsini elan edirəm”, – Türkiyə lideri bildirib.

Prezident hökumətin bu addımının ölkədə inflyasiyanın səviyyəsini aşağı salacağına əminliyini ifadə edib.

Ərdoğan sahibkarları ərzaq qiymətlərini ən azı 7 faiz aşağı salmağa çağırıb.

“Türkiyə hökuməti sərmayələrə, məşğulluğun, istehsalın və ixracın artırılmasına, xarici ticarətdə profisitin təmin edilməsinə diqqət yetirməklə iqtisadi artım üçün aydın kursu davam etdirir”, – Türkiyə lideri əmin edib.

Bu arada Türkiyənin Xəzinə və Maliyyə Naziri Nurəddin Nəbati bildirib ki, 2022-ci il martın 1-dən istehlakçılara ölkədəki ən sərfəli qiymətləri izləməyə imkan verəcək mobil proqram istifadəyə veriləcək.

Transqafqaz.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir