Türkiyədə CHP yeni başqan seçdi

05/11/23 7:58

CHP-nin 38-ci Növbədənkənar Qurultayında keçirilən səsvermənin ikinci turunda Manisa millət vəkili Özgür Özəl başqan seçilib.

CHP-nin 38-ci növbədənkənar qurultayında keçirilən ümumi prezident seçkilərində birinci turda mütləq səs çoxluğu əldə oluna bilmədiyi üçün səsvermə ikinci tura təxirə salınıb.

İkinci tur seçkilərində səsvermə saat 00.30-da başlayıb və saat 02.30-da başa çatıb.

Səslərin hesablanmasından sonra Özgür Özəlin 812 səs toplayaraq CHP-nin yeni sədri olduğu açıqlanıb. Kamal Kılıçdaroğlu 536 səs toplayıb.

CHP tarixində yeni era başlayır. Özgür Özəl sayca səkkizinci başqan olacaq.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir