Türkiyə, 2016-cı ildə Avropada kiber hücumları ən çox yaşayan ölkə, dünyada isə ABŞ və Braziliyadan sonra üçüncü sırada yer alıb.

12/01/17 1:34

Müdafiə Texnologiyaları Mühəndisliyi 2016 Kiber Təhdidlər üzrə vəziyyətlə bağlı hesabat açıqlayıb. Hesabatda 2017 -ci ildə Türkiyəni gözləyən risklərə diqqət çəkilərək, təhlükəsizlik baxımından 8 böyük risqin qapının ağzında olduğu bilidirilib.

NATO-nun 2016-ci ildə “hərbi hərəkat sahəsi” elan etdiyi kiber kosmik təhdidlər, hər keçən gün artır. 2017-ci il üçün 8 ayrı riski sıralayan Müdafiə Texnologiyaları Mühəndsliyinin raportunda, enerjidən telekommunikasiyaya, səhiyyədən banklara qədər müxtəlif sektorların hədəf olduğunu vurğulayıb. MTM-nin raportunda 20160-cı ilin Oktyabr-Dekabr ayları arasındakı dövrü Kiber Təhdid dövrü kimi qiymətləndirilib.

TÜRKİYƏYƏ ƏMƏLİYYAT!

Türkiyənin, 2016-cı ildə Avropada kiber hücumları ən çox yaşayan ölkə olduğu bildirilərkən, dünyada da ABŞ və Braziliyanın ardından üçüncü sırada yer aldığı qeyd edilib. Online bankçılıq hücumlarında da Türkiyənin Avropada ilk sırada yer aldığı vurğulanıb.

“Ağıllı təhdidlər” hər keçən gün daha da ağlır və getdikcə daha çox avtomatik hala keçir. 2017-ci ildə, “insan bənzəri” zərərli proqramların görülməsi gözlənilir.

Transqafqaz.com

Mirvari Rza