Türkiyənin hazır geyim və polad şirkətləri ixracatını artırır

25/09/21 1:00

169 şirkət keçən il ilk dəfə olaraq Türkiyənin ən böyük 1000 ixracatçısı siyahısına girdi

Bunlardan hazır geyim sektorunda və polad sənayesində fəaliyyət göstərən şirkətlər ön plana çıxdı. Anadolu agentliyi bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatlarına istinadən xəbər verir.

TİM-ə görə, Türkiyədə ilk dəfə 1000 ən böyük ixracatçı siyahısına daxil olan 169 şirkətdən 20-si adlarını açıqlamaq istəmədi, 38-i isə araşdırmaya qatılmadı.

Qalan 111 şirkətin siyahısına hazır geyim istehsalı ilə məşğul olan 12 şirkət başçılıq edir. Bunun ardınca metallurgiya sektorunda fəaliyyət göstərən 11 şirkət, kimya və kimya məhsulları istehsalı ilə məşğul olan 10 şirkət, həmçinin avtomobil sənayesi, paxlalı və yağlı toxumlarla məşğul olan 9 şirkət gəlir.

İlk dəfə olaraq, siyahıya elektrik avadanlıqları və tekstil istehsalçıları olan 6 şirkət, dəniz məhsulları, heyvandarlıq məhsulları, sement, şüşə, keramika, gil məhsulları, qara və əlvan metallar, gəmilər, yaxtalar və xalçalar istehsal edən şirkətlər daxil olub.

Siyahıya 4 – şirkət təzə meyvə və tərəvəz ixracı ilə məşğul olan,  3 – şirkət mühəndislik məhsulları və ehtiyat hissələri, hər biri 2 şirkət – meyvə-tərəvəz məhsulları, mebel, kağız və meşə məmulatları, habelə müdafiə və aviasiya sənayesi üzrə daxildir.

İlk dəfə olaraq, ən böyük ixracatçıların siyahısına kondisioner sistemi, quru meyvə və əlaqədar məhsullar, mədənçilik, zərgərlik, fındıq istehsalı sektorunda fəaliyyət göstərən bir şirkət daxil olub.

Eyni zamanda, 2020-ci ildə ilk dəfə Türkiyənin TOP-1000 ən böyük ixracatçılarına daxil olan 169 şirkətdən 66-sı və ya ümumi sayının 39 faizi İstanbulda yerləşir.

Bunun ardınca İzmir – 19 şirkət, Qaziantep – 15, Ankara – 14, Bursa – 7, Hatay – 5 gəlir.

Əlavə olaraq siyahıda hər biri Dənizli, Mardin və Mersindən 4, Kayseri və Kocaelidən 3, Adana, Trabzon, Konya, Isparta, Balıkesir və Antalyadan 2, Adıyaman, Zonguldak, Çorum, Düzce, Elazığ, Burdur,  Kahramanmaraş, Muğla, Rize, Sakaryadan bir şirkət daxil idi.

Vahidov Qurban. Araşdırmaçı – analitik