Türkiyənin Krım bəyanatına – Moskavanın cavabı

21/09/21 4:03

Moskva Türkiyə XİN-in Krımdakı seçkini tanınmamasından müvafiq nəticələr çıxarır.

Transqafqaz.com xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyov Live”nin efirində deyib.

Diplomatın sözlərinə görə, Türkiyə Krımın Rusiya Federasiyasının suveren bir hissəsi olduğunu çox yaxşı bilir.

Qeyd edək ki, daha əvvəl Türkiyə XİN Krımda Rusiya Federasiyası Dövlət Dumasının seçkisinin qanuni olmadığını bildirmiş, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamışdı.