Türkiyə Əfqanıstana 33 ton ərzaq yardımı göndərir

05/10/21 2:32

Türkiyə Qızıl Aypara Cəmiyyəti vasitəsi ilə humanitar yüklər çatdırıldı

Türkiyə Əfqanıstana 33 ton ərzaq yardımı çatdırdı. Bu barədə Türkiyənin Kabildəki səfiri Cihad Erginay Əfqanıstanın paytaxtına yardımların köçürülməsi mərasimində bildirib.

Türkiyə səfiri: “Türk Qızıl Aypara Cəmiyyəti və Türkiyədəki digər təşkilatlar Əfqanıstana və Əfqan xalqına dəstək verməyə davam edəcək. Bu, humanitar bir borcdur “dedi.

Diplomat xatırladıb ki, Əfqanıstan xalqına əvvəllər də yardım göstərilib.

Türkiyə səfiri bütün dünya ölkələrini Əfqanıstana humanitar yardım göstərməyə çağırıb.

“Bu gün Əfqanıstana göstərdiyimiz yardım yeni mərhələyə qədəm qoydu, çünki daha geniş miqyaslı ərzaq yardımı çatdırıldı – 33 ton. Bu təşəbbüslər çərçivəsində, 16 min insanın aylıq ehtiyaclarını ödəmək üçün təxminən 2000 ərzaq bağlaması paylanacaq. Türkiyə bu yardımı Türk Qızıl Aypara Cəmiyyəti vasitəsi ilə verir. Əfqanıstan Qızıl Aypara Cəmiyyəti ərzaq paylanmasına dəstək verəcək. Qış gəlir. Qışda yenə ərzaq və ilk ehtiyacları çatdıracağıq “dedi.

Transqafqaz.com