TÜRKİYƏ HAVA QÜVVƏLƏRİNİN ƏMƏLİYYATI KEÇİRİLİB

07/11/23 11:46



Ankara

BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq, 7 noyabr 2023-cü il tarixində saat 18:00-da Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Qara və Qəndil bölgələrində terror təşkilatlarına qarşı hava əməliyyatı keçirib.

Əməliyyatın məqsədi PKK/KCK terror qruplaşmalarını və digər terror ünsürlərini zərərsizləşdirərək, ölkə sərhədlərinin təhlükəsizliyini təmin etməklə, İraqın şimalından türk xalqına və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının mərkəzlərini məhv etməkdir.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, separatçı terror təşkilatının istifadə etdiyi və yüksək rütbəli terrorçuların olduğu güman edilən mağara, sığınacaq və anbarlardan ibarət, ümumilikdə 12 hədəfin məhv edildiyi bildirilib.

Əməliyyat zamanı yerli istehsal sursatından maksimum istifadə edilməklə, çoxlu sayda terrorçu zərərsizləşdirilib.

“Türkiyə Silahlı Qüvvələri ölkənin və xalqın təhlükəsizliyi naminə terror təhlükəsi tamamilə aradan qaldırılana qədər terrorla qətiyyətlə mübarizə aparacaq. Terrorçulara qarşı əməliyyatlar zamanı mülki şəxslərə, dost ünsürlərə, tarixi-mədəni sərvətlərə və ətraf mühitə zərər vurulmaması üçün hər cür tədbir görülür”, – deyə məlumatda bildirilir.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir