Hürriyət: İraqın xarici işlər naziri Fuad Hüseyn Bağdadda Türkiyə ilə Suriya arasında görüş keçiriləcəyini açıqlayıb.
Vaşinqtonda mətbuat konfransında sualı cavablandıran Hüseyn deyib: “İraq Bağdadda hər iki tərəfi birləşdirməyə çalışır. İraq və Türkiyə tərəflərinin rəhbərləri səviyyəsində ünsiyyət davam edir. “İki ölkənin xarici işlər nazirləri ilə görüş oldu, Bağdadda görüşmək üçün prinsipial razılıq var, lakin tarix hələ müəyyən edilməyib”