Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstana səfər edəcək.
Bunu Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib.
O, Ərdoğanla görüşün iki ölkə münasibətləri üçün mühüm addım olduğunu vurğulayıb. Səfər çərçivəsində Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək.