ANKARA. 01.02.2022
Prezident Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra danışıb
Böyük və güclü Türkiyənin qurulması inflyasiyanın aşağı salınması, əhalinin rifahının yaxşılaşdırılması, eləcə də ölkənin qarşıya qoyduğu digər məqsədlərə nail olunması ilə həyata keçiriləcək. Bunu prezident Rəcəb Tayyib Ərdoğan Respublika Nazirlər Kabinetinin iclasından sonra televiziya ilə çıxışında deyib.
“Ölkəmizin 20 il ərzində köhnə problemlərini necə həll edə bilmişiksə, biz də indiki problemlərin öhdəsindən gələcəyik”, – Türkiyə lideri bildirib.
Dövlət başçısı ölkədə iqtisadi artımın stimullaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlərə toxunub. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti 2022-ci ildə kənd təsərrüfatına dəstək üçün ayrılan subsidiyaların məbləğini 3,2 milyard lirə artıraraq 29 milyard lirəyə çatdıracaq.
Bundan əlavə, prezident Ərdoğan yerli şirkətlər üçün Türkiyə Kredit Zəmanət Fondunun zəmanəti altında istifadə ediləcək 3 yeni dəstək paketini ehtiva edən 60 milyard lirəlik girov limitinin açıldığını açıqlayıb.
Dövlət başçısı ölkədə əvvəllər tətbiq edilən sənaye obyektləri tərəfindən elektrik enerjisinin istehlakına qoyulan məhdudiyyətlərin əhəmiyyətli dərəcədə azaldılmasını da açıqlayıb. Onun sözlərinə görə, yaxın vaxtlarda bu tədbir tamamilə ləğv ediləcək.
Türkiyə lideri ölkə rəhbərliyinin fəlakətlərin idarə olunması sahəsində potensialın inkişaf etdirilməsi planlarından da danışıb. Xüsusilə, o, Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilən Türkiyə istehsalı olan PUA-ların sayının 8-ə, bu məqsədlə istifadə olunan yerli təyyarə və helikopterlərin sayının isə müvafiq olaraq 20 və 55-ə çatdırılacağını bildirib.
Transqafqaz.com