Türkiyə, Moskva arasında 100 millyardlıq işbirliyi…

11/03/17 9:52

Moskvada bir araya gələn Ərdoğan və Putin Türkiyə ilə Rusiyanın arasında 8 müqavilə imzalanıb. Ticarət dövriyyəsi üçün hədəf 100 milyard dollar həcmindədir. Birgə investisiya fondunun yaradılması da qərara alınıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, danışıqlar aparmaq üçün Rusiyanın paytaxtı Moskvaya getdib. Ərdoğan hava limanında Rusiya Xarici İşlər Nazirinin Müavini Aleksey Meşkov və Türkiyənin Moskvadakı Səfiri və digər rəsmi şəxslər tərəfindən qarşılanıb. Sonra Prezident Ərdoğan, Rus lideri Putinlə Kreml Sarayında görüşdü. Görüş 2 saat 40 dəqiqə çəkib.Heyətlər arası danışıqlara keçilib. Görüş öncəsi iki lider kameraların qarşısına keçərək, Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının (ÜDİK) toplantılarına ara verilməsi prosesinin yaşandığını bildirən Ərdoğan, “İqtisadi, ticarət, hərbi, müdafiə sənayesinə qarşı bir çox sahədə atacağımız addımlar, ÜDİK görüşümüzün əsas məqamını təşkil edəcək” – dedi.

Rusiya lideri Putin: “Son vaxtlarda Suriya daxil olmaqla dünyadakı böhranları həll etmək üçün fəal surətdə çalışırıq. Rusiya və Türkiyə, hərbi və kəşfiyyat qurumları səviyyəsində yaxşı və təsirli münasibətlər qurub. Əlaqələr sürətli şəkildə təmin olunur. Moskva münasibətlərin bu səviyyəsindən məmnundur. Rusiya və Türkiyə hərbi və xüsusi xidmət orqanları arasında belə yaxın əməkdaşlıq qurulacağını kimsə gözləmirdi”.
Ərdoğan və Putinin heyətlər arasında keçirdikləri iclasda isə 8 müqaviləyə imza atılıb. İki lider bəyanat verib jurnalistlərin suallarını da cavablandırıb.
MƏHDUDİYYƏTLƏR BAŞA ÇATLI
Prezident Ərdoğan, “Rusiyanın ölkəmizlə iqtisadi münasibətlər istiqamətindəki məhdudiyyətlərini tamamən qaldırmasını gözləyirik” deyərək bunları qeyd etdi: Ancaq bu şəkildə keçmişdə açıqladığımız 100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmağımız mümkün olacaqdır. Çünki bizlər, iki ölkə 38 milyard dollar hədəfini görmüşdük amma bu son hadisələrdən sonra 17 milyard dollara qədər düşdük.
MİLLİ PULLA TİCARƏT
Milli valyutalarla ticarətin artırılmasına böyük əhəmiyyət veririk. Beləliklə, ticarətin üzərində olan təzyiqi yüngülləşəcək. Türk Axını və Akkuyu layihələrində nümayiş etdirdiyimiz əməkdaşlıq digər məsələlər üçün də presedent olacağına inanıram.

Transqafqaz.com