ANKARA. 22.02.2022
Respublika Xarici İşlər Nazirliyi məlumat yayıb
Türkiyə Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqində rusiyapərəst separatçıların nəzarətində olan qeyri-qanuni qurumların “müstəqilliyini” tanımaq qərarını pisləyib. Türkiyə Xarici İşlər Nazirliyi Moskvanın hərəkətlərini “qəbuledilməz” adlandırıb.
“Rusiya Federasiyasının qondarma Donetsk və Luqansk respublikalarını tanımaq qərarı Minsk razılaşmalarına ziddir, eyni zamanda Ukraynanın siyasi birliyi və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır”, – Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Rusiya Federasiyasının qərarı qəbuledilməzdir və biz bunu rədd edirik”, – məlumatda deyilir.
“Türkiyə Ukraynanın siyasi birliyini və ərazi bütövlüyünü qorumağa sadiqliyini bir daha təsdiqləyir və bütün maraqlı tərəfləri sağlam düşüncə ilə hərəkət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırır”, – nazirlik əlavə edib.
Transqafqaz.com