Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında 26 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb
Türkiyə Milli Müdafiə Nazirliyi Suriyanın şimalındakı Dabiq bazası ərazisində terror aktına cavab olaraq həyata keçirilən əməliyyat zamanı terror təşkilatı PKK/YPG-nin 26 silahlısının məhv edildiyini açıqlayıb.
Departament qeyd edib ki, cümə günü gecə terrorçular Fərat Qalxanı əməliyyatı zonasındakı Dabiq bazası ərazisində hücum həyata keçiriblər.
“Türkiyə ordusu terror aktına qətiyyətlə cavab verdi. Bölgədəki silahlı hədəflərə endirilən cavab zərbələri nəticəsində 26 PKK/YPG terrorçusu zərərsizləşdirilib”, – deyə Müdafiə Nazirliyi vurğulayıb.
Müdafiə Nazirliyi əməliyyatın görüntülərini də dərc edib.