Prezident Ərdoğan: Türkmənistanı Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü kimi görmək istərdik
Jurnalistlərə açıqlama verən prezident Ərdoğan Berdiməhəmmədov və nümayəndə heyətinin Ankaraya səfərindən məmnunluğunu ifadə edib.
Bu səfərin Berdiməhəmmədovun dövlət başçısı kimi Türkiyəyə ilk səfəri olduğu üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən Ərdoğan sözlərinə belə davam edib: “Ortaq tarix, dil, din və mədəniyyətə əsaslanan münasibətlərimiz qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq maraqlar çərçivəsindədir və günbəgün möhkəmlənir”