Türkiyə mediası: İyulda Türkiyə və Suriya kəşfiyyat nümayəndələri 3 dəfə görüşüb
Münasibətlərin normallaşdırılması səyləri çərçivəsində Suriya və Türkiyənin kəşfiyyat rəsmiləri ən azı 3 dəfə görüşüblər. Bu barədə Türkiyənin aparıcı qəzetlərindən olan “Türkiyə Gazetesi” yazır.
Qəzet iki ölkə prezidentlərinin gözlənilən görüşünü də xatırladır və bunun avqustda sərhəd-keçid məntəqəsində baş tutacağını qeyd edir. Mənbənin sözlərinə görə, görüşün ilk variantı İraq olub, lakin sonradan onun Türkiyə-Suriya sərhədindəki Kasab/Yayladağı keçid məntəqəsində keçirilməsinə qərar verilib.
İyulun 22-də Türkiyə mətbuatı Ərdoğanla Əsəd arasında avqustda Moskvada görüşünün keçiriləcəyini və Rusiya prezidenti Putinin vasitəçi kimi çıxış edəcəyini yazıb. İyulun 23-də Türkiyənin Cumhuriyyet xəbər saytı bu məlumatı təkzib edib.
Ömər Məmmədli