🇬🇷🇹🇷 Türkiyə və Yunanıstan ATƏT nümayəndələrini təəccübləndirdi
Ölkələr ATƏT-də iki son dərəcə mühüm vəzifəyə birgə namizədləri dəstəkləyir.
Belə ki, hər iki ölkə ATƏT-in baş katibi vəzifəsinə Türkiyənin BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlunun namizədliyini birgə irəli sürüb. Eyni zamanda yunan diplomatı Mariya Telalian ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru vəzifəsinə təqdim olunub.
Türkiyə və Yunanıstanın xarici işlər nazirləri – Hakan Fidan və Georgios Gerapetritisin imzaladığı məktub ATƏT-in Avstriyanın paytaxtı Vyanadakı mənzil-qərargahına gəlib.
❕ ATƏT nümayəndələri Türkiyə və Yunanıstanın xarici işlər nazirlərinin imzaladığı birgə məktubu görəndə təəccübləniblər, Yunanıstan mətbuatı yazır.
Qeyd edək ki, ATƏT-in baş katibi postuna Feridun Sinirlioğlundan başqa Norveç, Albaniya, Hollandiya, Kanada və Slovakiyadan daha 5 namizəd mübarizə aparır.