TÜRKİYƏDƏ AZƏRBAYCANLI GƏNC HƏKİMLƏRİN 5-Cİ TÜRKİYƏ FORUMU KEÇİRİLƏCƏKDİR.

18/08/17 11:32

“NÜMUNƏVİ HƏKİM OLMAĞA DOĞRU”
TİBB SAHƏSİNDƏ TƏHSİL ALAN AZƏRBAYCANLI GƏNC HƏKİM VƏ TƏLƏBƏLƏRİN 5-ci TÜRKİYƏ FORUMU 7-8 OKTYABR 2017-CI İLDƏ ANKARA KEÇİRİLƏCƏKDİR.
Bildiyiniz kimi, Türkiyədə səhiyyə sahəsində təhsil alan və xidmət verən azərbaycanlı
həkim və tələbələrin sayı gündən günə artmaqdadır. Bu günə qədər 1000-ə yaxın mütəxəssis
həkim, tibb doktoru, diş həkimi və digər səhiyyə işçiləri Azərbaycandan gələrək Türkiyədə
səhiyyə sahəsində təhsil almış, bunların bir qismi Azərbaycana qayıtmış, digərləri isə Türkiyədə
qalaraq burada xidmətə və təhsillərinə davam edirlər.

Hazırda 600-ə nəfərə yaxın azərbaycanlı tibb tələbəsi və 400 nəfərə yaxın assistent həkim Türkiyədə təhsil alır. Bütün bunlar iki qardaş ölkə arasındakı möhkəm bağlarla yanaşı, yaxın gələcəkdə həm Azərbaycan, həm də Türkiyə səhiyyəsinə töhfə verəcək böyük potensialı da təmsil edir. Bu potensialın doğru istiqamətləndirilməsi, inkişafı üçün imkanların üzə çıxarılması və qarşıya çıxan problemlərin öhdəsindən gəlinməsi üçün uyğun həll variantlarının araşdırılması cəmiyyətimizin başlıca məqsədlərindəndir.
Ona görə də bu istiqamətdə 2011-dən bəri keçirdiyimiz və artıq ənənə halına gəlmiş, yalnız
iki ölkədən deyil, dünyanın dörd bir yanından iştirakçıların maraq göstərdiyi Azərbaycanlı Həkim və
Tibb Tələbələrinin “Nümunəvi Həkim Olmağa Doğru” forumlarının əhəmiyyəti olduqca artmaqdadır.

Bu il 7-8 Oktyabr 2017 -cı il tarixlərində Ankara Universiteti Tibb Fakültəsində keçirilməsi
planlaşdırılan 5-ci Forumun əsas hədəfləri də Türkiyənin müxtəlif regionlarında işləyən həkm və təhsil alan tibb tələbələrinin elmi və peşə inkişaflarını dəstəkləmək, bir-birilərini daha
yaxından tanımalarını təmin etmək və sosial əlaqələrini inkişaf etdirmək, peşə, sosial və hüquqi
məsələlərdə qarşılaşdıqları problemləri bir-biri ilə və rəsmilərlə müzakirə edərək ən optimal həll təkliflərini ortaya qoymaq, hər iki ölkə arasında səhiyyə sahəsində körpü yaradaraq səhiyyə sistemlərinin qarşılıqlı inkişafına və ölkələrarası əməkdaşlığa töhfə vermək kimi hədəfləri vardır.
Əvvəlki forumlarımızda olduğu kimi, bu forumda da başda Türkiyə və Azərbaycan olmaq üzrə dünyanın
fərqli ölkələrində (ABŞ, Almaniya, Rusiya və s). səhiyyə sahəsində çalışan və təhsil alan
azərbaycanlı həkim və tibb tələbələri, eləcə də diş həkimləri və digər tibb elmləri sahəsində çalışanlar iştirak edəcəkdir.

Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi Təhsil Ateşeliyinin də dəstəyilə hazırlıqları davam edən bu ilki forumda 200-ə yaxın həkim və Tibb tələbəsinin iştirakı nəzərdə tutulur.
Dərnəyimiz və əvvəlki fəaliyyətimizə dair ətraflı məlumatlar www.azhd.org internet səhifəmizdə
və əlavə təqdimat broşüründə məlumat veriləcəkdir. Suallarınız olsa, cavab verməkdən məmnuniyyət duyacağımızı bildirmək istərdik.
Qayğı və diqqətiniz üçün öncədən təşəkkür edirik.
Hörmətlərimlə, Uzm. Dr. Şahin Hanalioğlu
Azərbaycanlı Həkimlər Cəmiyyəti İdarə Heyətinin Sədri
e-poçtumuz: Sahinhanalioglugmail.com
GSM: +90 505 850 31 57

Transqafaz.com