“Hakimiyyətə özüm gəlirəm”
Türkiyədə yeni partiya qurulub. Mudanya qəsəbəsində yaşayan Sərdar Okuyucu “Dolunay” adlı partiya yaratdığını bəyan edib. 2015-ci ildə rəsmi qeydiyyatdan keçən partiyanın artıq 60 bölgə təmsilçiliyi yaradılıb.
Maraqlıdır ki, S.Okuyucu çobandır və AKP-nin hakimiyyətə gəldiyi ərəfədə onun Mudanya Gənclik şöbəsini quran şəxsdir. O, 2009-cu ildə AKP-dən ayrılaraq HAS partiyasına qoşulub. Bu partiyanın AKP-nin tərkibinə daxil olmasından sonra isə siyasətlə vidalaşıb və kənddə çobanlığa başlayıb.
200 qoyunu çöldə otararkən səmada Ayı gördüyünü və bundan sonra “Dolunay” adlı partiya qurmaq fikrinə düşdüyünü deyən S.Okuyucu çox iddialı açıqlamalar verib. O bəyan edib ki, hakimiyyətə gəlmək fikrindədir və AKP-nin hakimiyyətinə son qoyacaq. (Lent.az)