Türkiyədə Milli Təhlükəsizlik Şurasının toplantısından mühüm qərarlar…

28/03/18 9:19

Milli Təhlükəsizlik Şurasının (MTŞ) toplantısı Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə 4 saat 20 dəqiqə çəkib.

Toplantının ardından yayımlanan bəyanatda, Münbiçteki terrorçuların bölgədən uzaqlaşdırılması zəruriyili qeyd olunub və əks təqdirdə Türkiyənin təşəbbüsü ələ alacağ bildirilib.

Bəyanatda, təşkilatın İraqdakı fəaliyyətlərinin İraq Dövləti tərəfindən qarşısı alınmasa, onda bunun Türkiyə tərəfindən qarşısının alınacağı ifadə edilib.

Yunanıstanın yaxşı qonşuluğa zidd davranışlarının Türkiyə tərəfindən təqib edildiyi bildirilən açıqlamada, Türkiyənin mənfəətlərindən əsla geri verilməyəcəyi qeyd edilib.

Transqafqaz.com