Türkiyənin ANKA pilotsuz təyyarələri Qazaxıstan Hərbi Hava Qüvvələrinin arsenalına daxil olacaq

28/11/21 12:26

“Anadolu” agentliyi xəbər verir ki, əldə edilən məlumata görə, müqaviləni “Kazspecexport” şirkəti (Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi adından) və ANKA istehsalçısı – Türkiyənin aerokosmik şirkəti Türk Havacılık ve Uzay Sanayi AŞ (TUSAŞ) imzalayıb.

Müqaviləyə uyğun olaraq, Qazaxıstan Hərbi Hava Qüvvələri 2023-cü ilə qədər 3 ədəd ANKA PUA, 2 yer üstü baza, həmçinin logistik dəstək paketi (texniki sənədlər, təlim və ehtiyat hissələri) alacaq.

TUSAŞ-ın baş direktoru Temel Kotil Qazaxıstanla müqaviləni şirkət üçün mühüm ixrac uğuru kimi qiymətləndirib. “ANKA pilotsuz təyyarələrinin Tunisdən sonra Qazaxıstana çatdırılması bizim üçün çox mühüm nailiyyətdir. Sevindirici haldır ki, pilotsuz təyyarələrin ixrac bazarı böyüyür”.

İHA elektrooptika, infraqırmızı port, lazer göstərici və kameralı lazer məsafəölçən ilə təchiz olunub. Cihazın maksimum uçuş çəkisi təxminən 1700 kq-dır və səmada 30 saatdan çox qala bilir.

ANKA 23 min fut yüksəklikdə bir missiya yerinə yetirə bilər və maksimum işləmə hündürlüyü 30 min futdur.

İHA-nın uçuş məsafəsi 250 km-ə qədərdir. Pilotsuz uçuş aparatı 350 kq yük daşımaq qabiliyyətinə malikdir.

Yerli istehsalın güclü mühərriki sayəsində dron uzunmüddətli əməliyyatlar üzrə missiyanın öhdəsindən yaxşı gəlir.

Türkiyənin Anka pilotsuz uçuş aparatı dünya bazarında bir tələbatdır.

Transqafqaz.com