Türkiyənin BMT-dəki Daimi Nümayəndəsi: Pekinin Ankaraya insan haqlarını öyrətməyə haqqı yoxdur

30/10/21 11:01

Türkiyəli diplomat Çinin Ankaranın Suriya siyasətinə hücumlarını tənqid edib

Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu Çin diplomatlarının Ankaranın Suriya siyasətinə qarşı hücumlarını kəskin şəkildə pisləyib.

BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında çıxış edən Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq Türkiyəni Fərat çayının drenajını azaltmaqda və Alluk su stansiyasının işində fasilələr yaratmaqda ittiham etməyə çalışıb. Geng həmçinin Ankaranı Suriyanın şimal-şərqinin “işğalçısı” adlandırıb və bu ölkədə insan haqlarına “hörmət” göstərməyə çağırıb.

Sinirlioğlu isə cavabında deyib ki, “özləri beynəlxalq humanitar hüquqa geniş şəkildə məhəl qoymayanların Ankaraya insan haqlarına hörmətlə bağlı dərs deməyə haqqı yoxdur”.

Alluk stansiyasının işinə toxunan türkiyəli diplomat bu məsələnin BMT baş katibinin müvafiq hesabatında da öz əksini tapdığını xatırladıb.

Sinirlioğlunun sözlərinə görə, RKK-YPG terrorçularının Suriya qanadının silahlıları, eləcə də Bəşər Əsəd tərəfdarları mövzunu öz maraqları naminə şişirtməyə çalışırlar.

O vurğulayıb ki, PKK/YPG terrorçuları Suriya və Türkiyədə yaşayış məntəqələrini atəşə tutaraq, quruda sabitliyi təhdid etməyə davam edirlər. Diplomat xatırladıb ki, sözün əsl mənasında iki həftə əvvəl terrorçular Suriyanın Afrinə atəş açıb, nəticədə 6 mülki şəxs həlak olub.

Sinirlioğlu PKK/YPG terrorçularının Suriyadakı etnik kürdlərin, İraqdakı yezidi kürdlərin öz evlərinə qayıtmasına icazə vermədiyinə diqqət çəkib.

Çinin Ankaraya hücumları Türkiyənin keçən həftə 43 ölkənin BMT-də Pekini uyğur türklərinin hüquqlarına hörmət etməyə çağıran birgə bəyanatını dəstəkləməsindən sonraya təsadüf edir.

Transqafqaz.com