Türkmənlər İraqda yerli seçkilərə vahid siyahı ilə girməyə hazırlaşır
İraq Türkmən Cəbhəsinin (İTC) prezidenti Həsən Turan türkmənlərin seçkilərə vahid siyahı ilə güclü şəkildə girəcəyini bəyan edib.
Türkmənlər 18 dekabr 2023-cü ildə keçiriləcək yerli seçkilərə bütün İraqda ittifaq olaraq girməyə hazırlaşır. Bu çərçivədə Kərkük, Mosul, Səlahəddin, Diyalə və Bağdadda türkmən seçicilərinin sıx iştirakı üçün işlərə başlanılıb.
İraq Türkmən Cəbhəsinin (İTC) başçısı Həsən Turan, çıxışında türkmənlərin yaşadığı bölgələrdə, xüsusilə Kərkükdə normal xidmətin olmadığını dilə gətirib. Həsən Turan “vilayət məclislərində ciddi təmsilçiliyə sahib olmaq istəyirik” deyə açıqlama verib.