“ÜÇ QARDAŞ TƏLİMİ 2021” – bu gün açılışı oldu

12/09/21 8:44

Əfsanəvi Qarabağ müharibəsinin qəhrəmanı, general Hikmət Mirzəyev və Türkiyə və Pakistan xüsusi təyinatlılarının açılış tədbirində iştirak edib

Mirzəyev birgə təliml iştirakçılarını təbrik etdi və Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyi xahiş etdi.

“Azərbaycan, Türkiyə və Pakistan qədimdən dost və qardaş ölkələrdir. Əlaqələrimiz xalqlarımızın sıx təmaslarına əsaslanır. Bunun bariz nümunəsi, Azərbaycanın 27 sentyabr 2020-ci ildə Ermənistan işğalçı silahlı qüvvələrinə qarşı başladığı Vətən müharibəsinin ilk günündən etibarən Türkiyə və Pakistanın Azərbaycana olan həmrəyliyi və dəstəyidir. Bu gün ölkələrimizi bütün sahələrdə uğurlu əməkdaşlıq bağlayır. Bölgənin və xalqlarımızın təhlükəsizliyini təmin etmək üçün əlaqələrimizi daha da gücləndirmək və inkişaf etdirmək üçün əhəmiyyətli tədbirlər görülür” dedi general-leytenant H. Mirzəyev.

Türkiyə və Pakistan nümayəndə heyətlərinin başçıları, polkovnik-leytenant Kurşad Konuk və polkovnik-leytenant Aamir Şahzad çıxışlarında üç dövlət arasında dostluq və müttəfiqliyin sürətlə dəyişən qlobal dünyada zamanın sınağına dayanacağına əmin olduqlarını ifadə etdilər.

Transqafqaz.com