Üç sərnişin təyyarəsi UFO üzündən eniş edə bilməiyib!

05/02/17 10:39

Üç sərnişin təyyarəsi UFO üzündən eniş edə bilməiyib!
Çində üç sərnişin təyyarəsi, çox sayda şahid tərəfindən görülən və UFO olduğu iddia edilən parlaq cisim səbəbilə hava limanına eniş edə bilməyib, ətrafdakı hava limanlarına istiqamətləndirilib.
Dünya mətbuatında yer alan xəbərlərə görə üç sərnişin təyyarəsi, şəxsiyyəti müəyyən olunmayan, havadan asılı duran parlayan cisimlər üzündən şəhərdəki hava limanına eniş reallaşdıra bilməyib.

UFO olduğu irəli sürülən cismin təkcə pilotlar tərəfindən deyil, bir çox hadisə şahidi tərəfindən də müşahidə olunduğu bildirildi.

Digər tərəfdən çoxlu adam, cismi yerdən də gördüyünü söyləyib.

Tərlan Turançı