“Uçan tabut” 58 ildə 40 qəza keçirib

26/12/16 12:45

Tupolev TU-154 tipi Rus təyyarəsi beynəlxalq aviasiya ədəbiyyatında “uçan tabut” adlandırılır.

58-ci ildə 40 qəza edən məşhur Rus hərbi təyyarəsi Tupolev TU-154-də 92 nəfər Dənizə düşdü. Suriyaya gedən “Qızıl Ordu” Xorundan 64 musiqiçi, 9 jurnalist və 8 əsgər ölüb.

Rusiyanın Qara dəniz sahilində yerləşən Soçi şəhərindən Suriyanın Lazkiye şəhərindəki Hmiymim Hərbi Bazasına gedən Tupolev TU-154 tipli hərbi təyyarə uçuşdan 20 dəqiqə sonra radardan itib. Təyyarənin Dənizə düşdüyü müəyyənləşdirilib. Təyyarənin hissələrinə Qara Dənizin 50 və 70 metr dərinlikdə rast gəlinib. Qəzada sağ qalan olmayıb. Rusiya Müdafiə Nazirliyi, təxribat ehtimalına qarşı, “Belə bir şey söz mövzusu deyil” deyib.Təyyarənin texniki qəza nəticəsində düşdüyü açıqlaması verilib. Tupolev TU-154 tipli hərbi təyyarənin səbəb olduğu bu qəza bir ilk deyildir. Sözügedən təyyarə, Rus və beynəlxalq aviasiya rəsmiləri “residivist” kimi səciyyələndirilir. Üç reaktiv mühərrikli Tupolev 154 təyyarə 1960-ların ortasında qurulub. Ən əhəmiyyətli xüsusiyyəti isə TU-154-lərin 1968-ci ildən bəri 39 dəfə qəza etməsidir. təyyarənin düşmə günü maraqlı tarixə təsadüf etdi. Təyyarənin qəzaya düşdüyü tarix, 25 Dekabr 1991-də Sovetlər İttifaqının Prezidenti Qorbaçovun vəzifəsindən istefa verdiyi gündür. Bu tarix rəsmi mənbələrə SSRİ-nin dağıldığı gün kimi qeyd edilir.

Qara dəniz üzərində düşən Rus təyyarəsində həyatını itirən önəmli bir isim də yardım xidməəti ilə məşhur “Doktor Liza” ləqəbli Həkim Elizaveta Glinkaydı. Elizaveta Glinka qısa bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putindən təqdir medalı almışdı. Glinka, illərdir xəstə uşaqların, müharibə əlillərinin yardımına qoşan xeyirxahlığı ilə tanınan məşhur bir addı.

Transqafqaz.com