Ukrayna 25 Patriot sistemi ilə səmasını ballistik raketlərdən bağlaya bilər

15/07/24 4:34

Ukrayna səmasını tamamilə bağlamaq üçün 25 Patriot sisteminə ehtiyac var – Zelenski

“Bizim hava hücumundan müdafiə sistemimizin strukturu nöqteyi-nəzərindən Ukraynanı tamamilə bağlamaq üçün ordumuza  25 sistem lazımdır.  Bu, Ukraynanın tamamilə qapalı səması olacaq”, – prezident mətbuat konfransında deyib.

O, vurğulayıb ki, “Patriot” bizə lazım olan  tək sistem deyil və müdafiədə tam kompleks işləyir.  “Tək Patriot işləməyəcək, lakin bu ümumi sistemdə əsas və ən güclüsüdür, çünki ballistika ilə başqa heç nə işləmir.”

Zelenski həmçinin bildirib ki, Ukraynada hazırda nə qədər belə sistem var və gələcəkdə nə qədər olacağını deməyəcək.

“Ancaq, siz  NATO-nun sammitində 5 sistemlə bağlı qərar qəbul ediləndə bunun müdafiəmizə nə qədər ciddi töhfə olduğunu başa düşürsünüz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir