Ukrayna hərbçiləri ilk dəfə olaraq Donbasda əks batareya döyüşü üçün Bayraktar pilotsuz uçan aparatından istifadə ediblər. Video

27/10/21 10:59

Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq Donbasda yaraqlıların artilleriyasına qarşı mübarizədə Türkiyənin Bayraktar pilotsuz təyyarəsindən istifadə edib. Bu barədə oktyabrın 26-da  “Censor.NET” nəşrinin redaktoru Yuri Butusov məlumat verib.

Yuri Butusov “26 oktyabr 2021-ci il –ci il,  Donbasda Bayraktar zərbə dronlarının ilk döyüş istifadəsi! […] Bu gün Rusiyanın D-30 haubitsalarının batareyası Qranitnoye  [Donetsk vilayəti] yaxınlığındakı Ukraynanın 93-cü mexanikləşdirilmiş briqadasının mövqelərini atəşə tutmağa başladı. Həmişə olduğu kimi, düşməni diplomatik üsullarla dayandırmaq mümkün olmadı. Ruslar özlərinin cəzasız qalacağına tam əminliklə düz yola, heç bir örtük olmadan batareya yerləşdirdilər. Ukrayna Silahlı Qüvvələri ilk dəfə olaraq MAM-S idarə olunan bombadan istifadə edərək rus haubitsasını məhv etdi” yazdı.

“Censor.NET”in baş redaktoru qeyd edib ki, Bayraktarı həmin ərazidə yerləşdirilmiş Rusiyanın hava hücumundan müdafiə və elektron döyüş sistemlərini aşkarlaya, vura və ya müdaxilə edə bilmədi.

“Bu zərbədən sonra rusların topçu heyəti  kollara səpələnib və batareya artıq atəş açmağı dayandırıb. Bayraktarın Rusiya atəşinə cavab olaraq istifadə edilməsi əmrini Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnıy verib”. – Butusov deyir.

O, həmçinin pilotsuz təyyarənin hərəkətdə olduğu videonu da yayıb.

Transqafqaz.com