🇺🇦 Ukrayna Avropaya inteqrasiya çərçivəsində Macarıstanın milli azlıqlarla bağlı tələblərini yerinə yetirməyə hazırdır.
Bu barədə Ukrayna baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bildirib.
“Ukrayna Macarıstan tərəfinin qaldırdığı 11 məsələnin həllinə və tam həyata keçirilməsinə səmimi sadiqdir”, – Stefanişina vurğulayıb. O qeyd edib ki, bu təkliflərin həyata keçirilməsi Ukraynanın Avropaya inteqrasiyasının ümumi prosesi çərçivəsində baş tutacaq.