UKRAYNA MÜDAFİƏ NAZİRİNİN MÜSAHİBƏSİ

26/08/23 7:41

“Vaqner” PMC ciddi qüvvə olmaqdan çıxdı – Ukraynanın Müdafiə naziri BILD-ə müsahibəsində

BILD baş redaktorunun müavini Paul Ronzheimer Kiyevdə Ukraynanın müdafiə naziri Aleksey Reznikovdan müsahibə alıb. Onun əsas tezislərini qısaca dərc edirik:

🔻Yevgeni Priqojinin ölümü haqqında
“Məncə, o, öldürülüb. Yaxud, azı onun adamlarını öldürdülər. Heç bir qəza deyildi. <…> PMC “Vaqner” ciddi qüvvə kimi bir il əvvəl görə bildiyimiz kimi, artıq mövcud deyil. O bitdi”
🔻Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı haqqında
“Hər şey həqiqətən planımıza uyğun gedir. Bu plan daha əvvəl tərəfdaşlarımızla müzakirə olunub. Və bu prosesdə həqiqətən iştirak edən hər kəs bu barədə hər şeyi bilir. Onlar bilirlər ki, düşmənin müdafiəsi necədir, təcrid zonaları, minalanmış sahələr, tankların mühasirəyə alınacağı, istehkamlar haradadır <…> Əks-hücum filmi deyil. Bu Hollivud blokbasteri deyil”.
🔻ABŞ ilə iddia edilən fikir ayrılıqları haqqında
“Əlbəttə, bizim [ABŞ ilə] ciddi müzakirələrimiz olub, lakin bu, tənqid deyil. Bir daha: heç bir tənqid yox idi. Bu doğru deyil”
🔻Almaniya Taurus raketlərinin tədarükü haqqında
“Mən çox optimistəm və Almaniyadan Taurus alacağımızı proqnozlaşdırıram. Çünki Almaniya həqiqətən də bu müharibədə Ukraynanın önəmli tərəfdaşıdır. Və biz artıq Almaniyadan çoxlu qabaqcıl texnologiya almışıq”.

@BILD_English

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir