Ukrayna ordusu Avdeyevkanı tərk edir

15/02/24 10:23

“The Washington Post” Ukrayna Silahlı Qüvvələrindəki mənbələrə istinadən yazır ki, Ukrayna ordusu qoşunlarını Avdeyevkadan qismən çıxarmağa başladığını elan edib.

Qəzetin həmsöhbətləri hesab edirlər ki, Avdeyevkanın itirilməsi “zaman məsələsidir”.  Nəşr yazır ki, şəhərdəki son Ukrayna qalası, yəqin ki, dağıdılmış koks zavodu olacaq.

WaPo yazır ki, Avdiivka ələ keçirilərsə, işğalçılar 2023-cü ildə “Ukrayna əks-hücumunun uğursuzluğundan sonra döyüş meydanında ən mühüm qələbə” qazanacaqlar.

Qeyd edək ki, Ukrayna hərbi komandanlığı qoşunların şəhərdən çıxarılması barədə açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir