UKRAYNA PREZİDENTİ TƏŞƏKKÜR ETDİ

10/11/23 1:24

Ukrayna Prezidenti Vladimir Zelenski qış ərəfəsində enerji sektoruna göstərilən köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.


“Bu gün mən Azərbaycana təşəkkür etmək istəyirəm. Prezident İlham Əliyevlə razılaşdığımız kimi, qışdan əvvəl bizim enerji sektorumuza lazımi köməklik göstərilir. Biz başa düşürük ki, bu qışda çətinliklər əvvəlkindən az olmaya bilər. Biz hazırlaşırıq. Və Ukraynaya, xalqımıza, energetika sahəmizə dəstək kritik dırəcədə vacibdir”, – deyə Ukrayna lideri axşam videomüraciətində bildirib.

Azərbaycanın hələ də Rusiya sözü ilə oturub durduğunu söyləyənlər bu dəfə də “off line” qaldılar. Növbəti, sayıqlamalara qədər. Bunda bir qədər əvvəl, Rusiya hərbi kontingentinin Xankəndində keçirilən Zəfər Paradında iştirakı barədə də şayiələr yayılır, tirajlanlrdı. Qaşınmayan yerdən qan çıxarmaq adətini tərgizməyənə qədər, uğur əldə etmək üfüqdə, hətta ilğım kimi belə görsənmir.

Ömər Məmmədli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir