📰 Vaşinqton sərhədlərdən 100 km-ə qədər məsafədə Amerika silahları ilə Rusiya ərazisinə zərbələr endirməsinə icazə verdi, – The Washington Post Ukrayna rəsmilərinə istinadən
Eyni zamanda, ABŞ rəsmiləri ukraynalıların 100 kilometrdən az məsafə ilə bağlı bəyanatının həqiqətə uyğun olmadığını bildirsələr də, bu məhdudiyyətə aydınlıq gətirməkdən imtina ediblər.
“ABŞ Ukraynaya rus qoşunlarının cəmləşdiyi yerləri atəşə tutmağa icazə verdi. Söhbət coğrafiyadan və ya müəyyən radiusdan getmir, lakin Rusiya öz ərazisindən Ukraynaya hücum edərsə, onun cavab zərbələri endirmək imkanı var”, – deyə Pentaqonun sözçüsü mayor Çarli Dits bildirib.