Ukrayna Rusiya MÜHARİBƏSİNDƏ İTKİLƏR

19/08/23 2:01

Müharibə başlayandan bəri Rusiya və Ukraynanın ümumi itkiləri, ABŞ hesablamalarına görə, 500 min nəfərə çata bilər, – New York Times

Qəzet ABŞ rəsmi strukturlarındakı anonim həmsöhbətlərə istinad edərək yazır ki, Rusiyanın ümumi itkiləri, onların hesablamalarına görə, 300 minə yaxınlaşır: 120 min ölü, 170-180 min yaralı var.

Ukrayna, bu hesablamalara görə, 70 minə qədər əsgər itirib və 100-120 minə qədər yaralanıb.

“New York Times”ın həmsöhbətləri xatırladırlar ki, bu müharibədə tərəflərin itkilərini saymaq kifayət qədər çətindir və bu hesablamalar qeyri-dəqiq ola bilər. Moskva öz itkiləri ilə bağlı açıq-aydın qiymətləndirilməmiş rəqəmlər verir, Kiyev isə müharibənin əvvəlində itkilər haqqında məlumatların yalnız onun bitməsindən sonra dərc olunacağını rəsmən elan edərək, özünün heç bir məlumatını dərc etmir.

Məmmədli Ömər


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir