Ukrayna Rusiyaya qarşı – Avropa İnsan Haqları Məhkəməsində hansı işlər gedir.

14/12/21 9:49

AİHM-in yurisdiksiyası İnsan Hüquqları üzrə Avropa Konvensiyasını ratifikasiya etmiş bütün dövlətlərə şamil edilir

Rusiya təcavüzünün başlamasından sonra son 7 il ərzində Ukrayna Rusiyaya qarşı 9 dəfə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Araşdırma zamanı bəzi ərizələr birləşdirilib və hazırda məhkəmədə dörd proses gedir.

Ukrayna Rusiyaya qarşı

Ədliyyə Nazirliyinin GORDON nəşrinin sorğusuna cavab olaraq verdiyi məlumata görə , 2014-cü ildən 2021 -ci ilə  qədər Ukrayna Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) Rusiya Federasiyası hökumətinə qarşı doqquz dövlətlərarası ərizə verib.

“Ukrayna RF-nin müvəqqəti işğal olunmuş ərazilərə effektiv nəzarəti həyata keçirməsi və Krım, Donetsk və Luqansk vilayətlərində, o cümlədən Rusiyada və digər ölkələrdə şəxsi işlərdə insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıması məsələsini qaldırır”, – departament vurğulayıb.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, işlərin öyrənilməsi prosesində ərizələrin bir hissəsi hakimlər tərəfindən birləşdirilib. Eyni zamanda ərazi prinsipi də nəzərə alınıb. Krımın işğalı ilə bağlı icraat Donetsk və Luqansk vilayətlərinin işğal olunmuş əraziləri ilə bağlı işlərdən ayrılıb. Beləliklə, 2021-ci ilin noyabrına AİHM-in icraatında dörd dövlətlərarası iş var:

  1. “Ukrayna Krımın işğalı ilə bağlı Rusiyaya qarşı”;
  2. “Ukrayna və Hollandiya Rusiyaya qarşı (müvəqqəti olaraq işğal olunmuş Donetsk və Luqansk vilayətlərində baş verən hadisələr əsasında)”;
  3. “Ukrayna əsir dənizçilərə (VIII)bağlı Rusiyaya qarşı”;
  4. “Ukrayna Rusiya Federasiyasının əleyhdarlarının qətli ilə (IX) bağlı Rusiyaya qarşı”.

“Ukrayna Krımın işğalı ilə bağlı Rusiyaya qarşı” işinə mahiyyəti üzrə baxılmağa başlanıb. Qalan işlərin dövlətlərarası qəbuledilməzliyin müəyyən edilməsi mərhələsindən keçir.

“Ukrayna Krımın işğalı ilə bağlı Rusiyaya qarşı”

14 yanvar 2021-ci ildə AİHM iddianı qismən məqbul elan etdi. Ukraynanın Ədliyyə Naziri Denis Malyuskanın sözlərinə görə, məhkəmə Rusiya Federasiyasının Krımı qondarma referendum anından yox, 2014-cü il fevralın 27-dən nəzarətə götürdüyünü təsdiqləyib.

Ukrayna Rusiyanı  Krımın  rəsmi ilhaqından əvvəl ona hərbi nəzarət yaratmaqda, Ukrayna hərbçilərini öldürməkdə, Krım tatarlarına qarşı pis rəftarda, jurnalistləri oğurlamaqda və işgəncə verməkdə, bununla da İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Konvensiyasını pozmaqda ittiham edib.

Məhkəmə Rusiya tərəfindən insan hüquqlarının pozulması ilə bağlı Ukraynanın aşağıdakı şikayətlərini məqbul elan edib:

  • Zorla insan oğurluğu halları və bununla bağlı effektiv araşdırma aparılmaması;
  • Qəddar rəftar;
  • Qanunsuz həbs;
  • Rusiya Federasiyasının qanunvericiliyinin Krımda tətbiqi (eyni zamanda, məhkəmə müəyyən etdi ki, 27 fevral 2014-cü ildən Krım ərazisində fəaliyyət göstərən məhkəmələr qanuna uyğun olaraq yaradılmış hesab edilə bilməz);
  • Rusiya vətəndaşlığına qeyri-qanuni avtomatik qəbulu;
  • Şəxsi evlərdə qanunsuz axtarışlar;
  • Rus Pravoslav Kilsəsinə aid olmayan digər dini qurumların təqib edilməsi və əmlakının müsadirə edilməsi;
  • Ukrayna mediasının fəaliyyətinə xitam verilməsi;
  • Kütləvi toplaşmaların qadağan edilməsi, habelə nümayişlərin təşkilatçılarının hədələnməsi və qanunsuz tutulması;
  • Mülki şəxslərin və özəl müəssisələrin əmlakının əvəzsiz müsadirə edilməsi;
  • Məktəblərdə ukrayna dilinin qadağan edilməsi və məktəbdə ukraynadilli uşaqların təqib edilməsi;
  • Rusiya Federasiyasının inzibati delimitasiyanın faktiki olaraq sərhədə (Rusiya ilə Ukrayna arasında) çevrilməsi nəticəsində Krım Muxtar Respublikası ilə Ukraynanın materik hissəsi arasında hərəkət azadlığının məhdudlaşdırılması;
  • Krım tatarlarının təqibi.

AİHM siyasi məhbuslara qarşı iddianın “Ukrayna Krımın işğalı ilə bağlı Rusiyaya qarşı” dövlətlərarası işinə əlavə edilməsinə qərar verib və mahiyyəti üzrə baxılmağa başlayıb.

İşə baxılması vəziyyəti. İlk görüş 11 sentyabr 2019-cu ildə baş tutub. Məhkəmə ilə sonrakı  əlaqə yazılı şəkildə aparıldı. Proses davam edir.

“Ukrayna və Hollandiya Rusiyaya qarşı”

17 iyul 2014-cü il-də  Donetsk vilayətinin Torez rayonunda Kuala Lumpur-Amsterdam  MH17 reysi ilə uçuş yerinə yetirən Malaziyanıni Airlines Boeing 777  sərnişin təyyarəsi   qəzaya uğrayıb. Təyyarədə olan 298 nəfərin hamısı həlak olub. Onlar Hollandiya, Malayziya, Avstraliya, İndoneziya, Böyük Britaniya, Almaniya, Belçika, Filippin, Kanada və Yeni Zelandiya vətəndaşları olub.

Beynəlxalq təhqiqat qrupunun qənaətinə görə,  təyyarə rusiyapərəst yaraqlıların nəzarətində olan ərazidən,  silahlılara Rusiya Federasiyası tərəfindən verilmiş “ Buk” zenit-raket kompleksindən vurulub .

2018-ci ilin mayında Hollandiya və Avstraliya   MH17 təyyarəsinin qəzaya uğramasında rəsmi olaraq Rusiyanı günahlandırdılar .

2020-ci ilin iyul ayında Niderland Krallığı sərnişin təyyarəsinin qəzaya uğraması ilə  bağlı Rusiya Federasiyasına qarşı AİHM-ə dövlətlərarası ərizə təqdim edib . Məhkəmə  işi 15 iyul 2020-ci ildə qeydə alıb .

Həmin ilin noyabr ayının sonunda AİHM-in Böyük Palatası üç dövlətlərarası iddianı birləşdirməyə qərar verdi : Ukraynanın Donetsk və Luqansk vilayətlərində baş verən hadisələrlə bağlı Rusiyaya qarşı iddiası, MH17 reysi ilə bağlı Hollandiyanın Rusiyaya qarşı iddiası və Ukraynanın müharibənin əvvəlində uşaqların dövlət müəssisələrindən  qanunsuz olaraq Rusiyaya aparıması iddiası.

İşə baxılması vəziyyəti. “Ukrayna və Hollandiya Rusiyaya qarşı” işi üzrə şifahi dinləmələr 2021-ci ilin noyabrına təyin edilib. İşin məqbulluğu ilə bağlı ilk dinləmə noyabrın 24-də Strasburqda (Fransa) keçirilməli idi, lakin AİHM noyabrın 15-də onu 26 yanvar 2022-ci il tarixinə təxirə salıb. Buna səbəb hakimlərdən birinin diskvalifikasiyası olub.

“Ukrayna Rusiyaya qarşı (VIII)”

25 noyabr 2018-ci il tarixində Kerç boğazında Rusiya Federasiyası FSB-nin Azov dənizindəki nümayəndələri Ukrayna Hərbi Dəniz Qüvvələrinin üç gəmisini  – Berdyansk və Nikopol qayıqlarını, həmçinin Yana Kapu yedək gəmisini ələ keçirdilər. Bununla bağlı noyabrın 28-də Ukrayna hökuməti əsir götürülmüş 24 dənizçinin Konvensiya ilə təmin edilmiş hüquqlarının təmin edilməsi və onların Ukraynaya qaytarılması ilə bağlı təlimatların verilməsi üçün AİHM-ə petisiya təqdim edib.

2018-ci il noyabrın 29-da AİHM Ukrayna Rusiyaya qarşı (VIII) işi üzrə icraata başlayıb və Rusiya Federasiyasına ukraynalı dənizçilərin ələ keçirilməsi, habelə onların sağlamlıq vəziyyəti və tibbi xidmətin vəziyyəti barədə məlumat verməyi tapşırıb.

Rusiya hökuməti məhkəmənin tələbinə məhəl qoymayıb, buna görə də 2018-ci ilin dekabrında AİHM Ukrayna hökumətinin tələbini qismən təmin edib və Rusiya Federasiyasına ukraynalı dənizçilərə lazımi tibbi yardım göstərməyi tapşırıb.

2019-cu il yanvarın 7-də Ukrayna hökuməti məsələ ilə bağlı tam dövlətlərarası bəyanat  təqdim edib. Ukraynanın o vaxtkı Ədliyyə Nazirinin müavini İvan Lişçina bildirib ki, Ukrayna hökuməti AİHM-dən Ukrayna gəmilərinə qanunsuz hücum zamanı 24 ukraynalı dənizçinin hüquqlarının Rusiya Federasiyası tərəfindən pozulması faktını, onların qeyri-qanuni olduğunu tanımasını tələb edir.

Ukraynalı dənizçilər  2019-cu il sentyabrın 7-də “böyük mübadilə” çərçivəsində vətənlərinə qayıdıblar. Rusiya 20 noyabr 2019-cu ildə bəzi rabitə və naviqasiya avadanlıqlarını sökərək qayıqları və yedək gəmilərini geri qaytardı.

İşə baxılması vəziyyəti. İş məqbulluğun müəyyən edilməsi mərhələsindən keçir.

“Ukrayna Rusiyaya qarşı (IX)”

2021-ci il fevralın 19-da Ukrayna hökuməti Rusiyanın məhkəməsiz edamlar təcrübəsi ilə bağlı Rusiya Federasiyasına qarşı yeni dövlətlərarası bəyanatla çıxış edib. Avropa Məhkəməsi “Ukrayna Rusiyaya qarşı (IX)” işi üzrə icraata başlayıb.

Lişçinanın sözlərinə görə, Ukraynanın şikayəti xüsusilə  avqust ayında “Noviçok” sinfinə aid hərbi maddə ilə zəhərlənən rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə bağlı vəziyyətə aiddir . Bəyanatda Ukrayna ərazisində törədilən qətllərdən də bəhs edilir.

“Söhbət Kiyev və Mariupolda öldürülən hərbi kəşfiyyat və SBU kimi Rusiyanın düşməni sayılan şəxslərin sistemli şəkildə öldürülməsindən gedir”, – Lişçina izah edib.

27 iyun 2017-ci ildə Kiyevdə Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin polkovniki Maksim Şapoval avtomobilin partlaması nəticəsində həlak olub. Həmin il martın 31-də analoji terror aktı nəticəsində  SBU əks-kəşfiyyat polkovniki Aleksandr Xaraberyuş öldürüldü. 2019-cu ildə SBU  Rusiya Federasiyası FSB-nin əks-kəşfiyyat əməliyyatları şöbəsinin rəhbəri Dmitri Minayevin bu qətllərin təşkilatçısı olduğunu açıqladı.

Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü