Çerniqov istiqamətində Ukrayna hərbçiləri rus qoşunlarının hücumunun dəf etməyə müvəffəq oldular.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Facebook səhifəsində məlumat verilib.
“Düşmən texnikası Çerniqovdan Sednev istiqamətində və Qorodnyadan Semenovkaya çəkilməyə məcbur olub”, – məlumatda deyilir.
Qeyd olunur ki, rusların texnikası ilə yanaşı şəxsi sənədləri də ələ keçirilib.